Jabanın “Bakı”da oynamasına icazə verildi
06.09.2011 - 11:55
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda “Bakı” klubunun braziliyalı legioneri Jaba kimi tanınan Silvino Joao De Carvalyonun məsələsinə baxılıb.
Məsələ ondadır ki, bu il mayın 17-də FİFA tərəfindən AFFA-ya ünvanlanan No 100094 saylı məktubda “Bakı” nın futbolçusunun Braziliyanın “İtuano Sociedades de Futebol” klubuna olan borcunun faiz hissəsinin mayın 25-nə kimi ödənilməsi göstərilmişdir. Lakin futbolçu göstərilmiş tarixə kimi nəzərdə tutulan məbləği ödəmədiyi üçün FİFA futbolçunun oyunlarda iştirakına qadağa qoymuşdu. Həmin qərara uyğun olaraq, AFFA-nın İntizam Komitəsi də futbolçunun AFFA bayrağı altında keçirilən yarışlarda meydana çıxmasına veto qoymuşdu.
İyulun 27-də isə FİFA-nın AFFA-ya ünvanladığı məktubunda Jabanın əvvəlki klubuna olan borcunu tam şəkildə ödədiyi üçün futbolçuya qoyulmuş sanksiyaların FİFA tərəfindən ləğv edildiyi göstərilmişdir.
Bunları nəzərə alan AFFA İntizam Komitəsi mayın 20-də Jaba haqqında çıxardığı qərarı ləğv edərək braziliyalıya qurumun bayrağı altında keçirilən yarışlarda iştirak etməyə icazə verib.
Mənbə: affa.az

0
0