“Qarabağ” növbəti tura 7 futbolçu ilə hazırlaşır
06.09.2011 - 12:00
“Qarabağ” Premyer Liqanın növbəti turunda “Sumqayıt-Şəhər”lə oyuna hazırlıqlarını davam etdirir. Apasport.az-ın Ağdam klubunun rəsmi saytına istinadən məlumatına görə, gündə 2 dəfə olmaqla məşqlərini sürdürən komanda natamam heyətlə çalışır.
Belə ki, baş məşqçi Qurban Qurbanov hazırda “Borussiya”nın (Dortmund) düşərgəsindədir. Fərqli millilərə gedən futbolçuların yoxluğunda əsas komandada sadəcə 7 futbolçu qalıb. Üstəlik, zədəli Zaur Həşimov və Emin İmaməliyev də hələki kollektiv çalışmalara başlamayıb. Adıçəkilənlərin yaxın bir neçə gündə məşqlərə başlayacağı gözlənilir.
Əvəzində Vüqar Nadirov məşqlərdə iştirak edir. Avqustun əvvəlində sıradan çıxan 23 yaşlı forvardın növbəti turda baş tutacaq oyuna qədər hazır olacağı gözlənilir. Komandada yetərli sayda futbolçunun olmaması səbəbindən əvəzedici heyətdən də məşqə futbolçular cəlb olunub.

0
0