Azərbaycan kubokunun qalibi özünə klub tapdı
06.09.2011 - 13:05
Azərbaycan kubokunun qalibi özünə klub tapdı
“Xəzər Lənkəran” klubunun sabiq futbolçusu Kosmin Frasinesku özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, bu ilin əvvəlində Lənkəran təmsilçisinin yarım illiyə icarəyə götürdüyü 26 yaşlı rumıniyalı müdafiəçi karyerasını vətənində davam etdirəcək. Azərbaycana “Qloriya”dan gələn Kosmin bu dəfə Rumıniyanın daha iddialı “Qaz Metan” klubunda oynayacaq. O, yeni komandası ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Kosmin Azərbaycanda oynadığı müddətdə ölkə kubokunu və çempionatın gümüş medalını qazanıb.