“Bakı”nın futbolçusu: Taleyimizə bu həftə aydınlıq gələcək
06.09.2011 - 15:37
“Yığmamızın Avro-2012-nin seçmə mərhələsindəki taleyinə bu həftə aydınlıq gələ bilər. Əgər Şotlandiyanı uda bilməsək pley-off ümidləri ilə vidalaşmalıyıq. Eyni sözlər rəqib komandaya da aiddir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Litva milli komandasının və “Bakı” klubunun futbolçusu Deyvidas Çesnauskis deyib.
Avro-2012-nin seçmə mərhələsinin Şotlandiya ilə bugünkü qarşılaşması ərəfəsində müsahibə verən litvalı iddialı danışıb. O. 6 oyunda 5 xal toplayan komandasının qarşıdakı 2 oyunu udmaqla pley-offa yüksələcəyinə ümid edir: “Biz nə isə etməyə çalışırıq. Bunun üçün sonadək döyüşəcəyik. Lixtenşteynlə 2 qarşılaşmanın heç birində uda bilmədik. İndi 2 qələbə ilə azarkeşlərimiz qarşısında günahlarımızı yumalıyıq. Final mərhələsinə çıxmaq istəyiriksə mütləq bunu etməliyik”.
Qeyd edək ki, 5 xala malik Litva yığmasının Polşa və Ukraynada keçiriləcək final mərhələsinə çıxması üçün onları Çexiya və Şotlandiyanı məğlub etməsi kifayət deyil. Bunun üçün 10 xalı olan Çexiya liderə - İspaniyaya da uduzmalıdır.

0
0