Milli komandadan yeni rekord: 10-cu qolun astanasında
06.09.2011 - 20:37
Milli komandadan yeni rekord: 10-cu qolun astanasında
Avro-2012-nin seçmə mərhələsinin Qazaxıstanla oyununda vurulan 1-ci qol yeni rekordla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, matçda komandamızın bərabərlik qoluna imza atan Rauf Əliyevin fərqlənməsi cari tsikldə 7-ci qolumuz olub. Bu isə Azərbaycan üçün yeni rekorddur. Yığmamız indiyədək ən yaxşı halda bir tsikldə 6 qol vurmuşdu. Bu AÇ-2000 və AÇ-2008-in seçmə mərhələlərində baş vermişdi. Bu matçadək 6 qol vuran yığmamız cari tsikldəki 7-ci, hətta artıq 8-ci və 9-cu qolunu da Qazaxıstana vurub. Lakin bu hələ son deyil, hələ matçın sonuna kimi vaxt var və qarşıda 2 oyun qalıb.