Qələbələrdə sarı aldı, Mahir Şükürov növbəti oyundan kənar qaldı
06.09.2011 - 21:08
Qələbələrdə sarı aldı, Mahir Şükürov növbəti oyundan kənar qaldı
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov yığmanın növbəti oyununu buraxacaq. Apasport.az saytının məlumatına görə, buna vitse-kapitanın cəzalı duruma düşməsi səbəb olub. Mahir 2-ci sarı vərəqəsini aldığı üçün növbəti qarşılaşmada komandamıza kömək etməyəcək.

Maraqlıdır ki, Mahir hər 2 sarı vərəqəni qalib gəldiyimiz 2 oyunda alıb. Ötən il Türkiyə, bu il Qazaxıstan üzərindəki qələbədə payı olan futbolçu həm də xəbərdarlıq alıb.

Qeyd edək ki, yığmamız növbəti matçını oktyabrın 7-də Bakıda Avstriyaya qarşı keçirəcək.