Miroslav Beranek oyunçuları qınadı: Meydanda bunu görmədik
06.09.2011 - 21:17
“İki fərqli hissə izlədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstan yığmasının baş məşqçisi Miroslav Beranek deyib.
O, Avro-2012-nin seçmə mərhələsinin Bakıdakı oyununda Azərbaycan milli komandasına 2:3 hesablı yenilgini belə izah edib: “Birinci hissədə 1 qol vurduq, fasilədən sonra 3 qol buraxdıq. Müdafiədə səhvlərə yol verdik. Fasilədə oyunçulara fəal olmağı tapşırsaq da meydanda bunu görmədik. 2-ci hissədə çoxlu top itirdik. Əvəzetmə ilə vəziyyəti düzəltməyə çalışdıq. Lakin buna nail olmadıq. Türkiyə ilə matçda çox güc itirdik. Bu da bugünkü qarşılaşmada təsirsiz ötüşmədi”.

0
0