Foqts qalib kimi də gəlmədi, Qasımov müdafiədən gileyləndi
06.09.2011 - 21:32
Foqts qalib kimi də gəlmədi, Qasımov müdafiədən gileyləndi
“Azarkeşləri 3 xal qazanmağımız münasibətilə təbrik edirəm. Çətin qələbə qazandıq”. Apasport.az saytının məlumatına görə, bu sözləi Azərbaycan milli komandasının məşqçisi Vəli Qasımov deyib.

Ənənəsinə sadiq qalaraq mətbuat konfransına gəlməyən baş məşqçi Berti Foqtsu əvəzləyən köməkçisi Avro-2012-nin Qazaxıstanla seçmə oyunundakı qələbə haqda fikirlərini açıqlayıb: “İlk dəfədir 7 xal qazandıq. Müdafiədə müəyyən problemlər var. Çox qol buraxdıq. Ona görə də bu sistemdən istifadə edirik”.