Branimir Subaşiç: Qələbəyə hədsiz istəkli idik
06.09.2011 - 23:15
Branimir Subaşiç: Qələbəyə hədsiz istəkli idik
“Qazaxıstanla görüşü yaxşı keçirdik. Gözəl qol vurduq və azarkeşlərimizi sevindirdik”. Bu sözləri apasport.az saytına açıqlamasında milli komandamızın futbolçusu Branimir Subaşiç deyib.

Onun bildirdiyinə görə, yığmamız qələbəyə layiq idi: “2-ci hissədə çoxlu hücumlar təşkil etdik. Qol vurmaqda, qalib gəlməkdə hədsiz istəkli idik. Sonda arzumuzu reallaşdırdığımıza görə çox sevinirəm”.

Qeyd edək ki, Azərbaycan milli komandası Avro-2012-nin seçmə qrup mərhələsi çərçivəsində dünən Tofiq Bəhramov adına Respublika stadionunda Qazaxıstana 3:2 hesabı ilə qalib gəlib.