“Berti Foqtsun yığmada qalıb-qalmayacağı mənim işim deyil”
06.09.2011 - 23:19
“Berti Foqtsun yığmada qalıb-qalmayacağı mənim işim deyil”
“Belçika ilə oyundan sonra komandada özünəinam artmışdı. Bu oyunda da elə alındı ki, Mahir ötürmə verdi, mən vurdum". Bunu apasport.az saytına açıqlamasında Qazaxıstanla oyundan sonra millimizin hücumçusu Rauf Əliyev deyib.

Əliyev daha sonra bu oyunda yalnız qələbə qazanmalı olduqlarını bildirib: "Gözəl ötürməyə görə Mahirə təşəkkür edirəm. Foqtsun bizə nə deməyindən asılı olmayaraq, bu gün qələbə qazanmalı idik. Əks təqdirdə, hər şeyin sonu olardı.

Berti Foqtsun komandada qalıb-qalmayacağı isə mənim yox, rəhbərliyin işidir. Mən oyunçuyam. Meydana çıxıb öz qolumu vururam".