Bernhard Lippert: İkinci hissədə daha artıq risk etməyə başladıq
07.09.2011 - 08:36
“Oyun bizim üçün çox gərgin keçdi. İlk dəqiqələrdə qapımızda qol gördük. Bununla belə, komandamız əzmkar futbol nümayiş etdirərək hesabı bərabərləşdirdi”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan milli komandasının (U-21) baş məşqçisi Bernhard Lippert deyib.
Almaniyalı mütəxəssis 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Belçika – Azərbaycan oyunundan sonra 1:4 hesablı məğlubiyyətə münasibət bildirib: “Birinci hissənin sonlarında standart vəziyyətdən ikinci qolu vurduq. Qol hesaba alınmadı. Məncə, həmin epizodda oyundankənar vəziyyət yox idi. İkinci hissədə daha artıq risk etməyə başladıq. Çox irəli atıldıq. Nəticədə futbolçular çox güc sərf etdilər. Rəqib də bundan istifadə edib ardıcıl qollar vurdu”.

0
0