“Biz Azərbaycan və ya Lixtenşteynlə oynamırdıq ki...”
08.09.2011 - 12:05
Avro-2012-nin seçmə mərhələsində növbəti məğlubiyyətini alan Uels yığmasının üzvləri özlərinə haqq qazandırmağa çalışır. Apasport.az saytının məlumatına görə, Böyük Britaniya derbisində İngiltərəyə 0:1 hesabı ilə uduzduqdan sonra uelslilər Azərbaycan yığmasını yada salıb.
Uels millisinin 23 yaşlı müdafiəçisi Darsi Bleyk 6 oyunda alınan 5-ci məğlubiyyətin səbəbini rəqibin güclü olması ilə izah edib: “Biz Azərbaycan və Lixtenşteynlə qarşılaşmırdıq ki... Ueyn Runi kimi futbolçulara qarşı oynamaq tam başqa şeydir. Ya da götürək, Eşli Yanq və Stüart Dauninq cütlüyünü ki, onların qiyməti 40 milyon funt sterlinqdir”.

0
0