“Məqsədimiz dünya çempionatına vəsiqə qazanmaqdır”
08.09.2011 - 11:49
“Final mərhələsi Zaqrebdə keçiriləcəyinə görə, püşkatma mərasimi də həmin şəhərdə olacaq. Arzu edirik ki, qrupumuza münasib rəqiblər düşsün”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov deyib.
Sabah Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçiriləcək. Ölkəmizi həmin tədbirdə futzal federasiyasının prezidenti Zaur Axundov təmsil edəcək. Artıq Zaqrebə yollanan federasiya rəhbəri yığmanın qarşısına qoyulan məqsəd barədə də danışıb: “Çalışacağıq ki, ötən dəfəkindən daha yaxşı nəticə göstərək. Məqsədimiz ancaq 2012-ci ildə Tailandda keçiriləcək dünya çempionatına vəsiqə qazanmaqdır”.
Son zamanlar ölkədə futzalın inkişaf etdiyini də qeyd edən Axundov daxili yarışlara marağın artdığını bildirib: “Azərbaycanda futzal inkişaf edir. Həm klub. Həm də yığma səviyyəsində müsbət nəticələr qazanılır. Bunda çempionatın rolu da danılmazdır. Əvvəllər “Araz”a mane olan yox idi. İndi “Neftçi”İSM və “Ekol” da çempion adı uğrunda mübarizə aparır. Bu da çempionatda rəqabəti artırıb”.

0
0