“Qarabağ” Suraxanı stadionuna qayıdır
08.09.2011 - 13:00
Cəbhə bölgəsində yaşayan azarkeşlər yenə futbolsuz qalacaqlar. Apasport.az saytının məlumatına görə, “Qarabağ” klubu məcburiyyətdən Bakıya qayıtmalı olub.
Belə ki, komanda qarşıdakı ev oyunlarının bəzilərini Suraxanı qəsəbə stadionunda keçirəcək. Buna səbəb Quzanlı Olimpiya Kompleksinin stadionunun qazonunun bərbad vəziyyətdə olmasıdır.
“Qarabağ” klubu Premyer Liqa çərçivəsində hər iki ev oyununu Quzanlıda keçirsə də, həm meydan sahibləri, həm də rəqib komandanın üzvləri qazonun vəziyyətindən şikayətlənmişdilər. Bunu nəzərə alan Ağdam klubunun rəhbərliyi Quzanlı stadionunu təmirə bağlayıb. Hazırda qazonun yaxşı vəziyyətə gətirilməsi və stadionun imkanlarının yaxşılaşdırılması yöndə işlər həyata keçirilir.
Təmir müddəti ərzində “Qarabağ” ev oyunlarını bu stadionda keçirə bilməyəcək. Belə ki, Ağdam klubu əvvəlcədən PFL-ə yardımçı stadion kimi təqdim etdiyi Suraxanı qəsəbəsindəki təbii örtüklü meydançadan yararlanacaq.
Qurban Qurbanovun başçılıq etdiyi komanda hesabat turunda səfərdə “Sumqayıt Şəhər”in qonağı olacaq. Rəhbərlik 6-cı turda qonaq edəcəkləri “Xəzər Lənkəran”ı isə məsələdən hali edib. Qarşı tərəfindən razılığı alındığına görə, PFL bu oyunun Suraxanıda keçirilməsinə razılıq verib. “Qarabağ”ın “Turan”la görüşü də Suraxanıda keçirmək ehtimalı böyükdür.
Qeyd edək ki, saytımıza açıqlamasında Ağdam klubunun icraçı direktoru Əmrah Çəlikəl məlumatı təsdiqləyib.

0
0