Cənubi Azərbaycandan olan legioner yığmamızdan kənarlaşdırıldı
08.09.2011 - 13:18
Cənubi Azərbaycandan olan legioner yığmamızdan kənarlaşdırıldı
Rumıniyada keçiriləcək Avropa çempionatına yollanan ağır atletika üzrə gənclərdən ibarət Azərbaycan milli komandası ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, səfər ərəfəsində yığmamızın liderlərindən hesab olunan Yusif Fuladzədə heyətdən kənarlaşdırılıb.

Buna səbəb onun zədələnməsidir. Belə ki, Buxarestə yollanmazdan öncə idmançının qolunun şişməsi Bakıda qalması ilə nəticələnib. Nəticədə baş məşqçi sentyabrın 9-18-də keçiriləcək yarışa 5 atlet aparmalı olub.

Qeyd edək ki, əslən Cənubi Azərbaycandan olan Fuladzədə milliləşdirildikdən sonra millimizdə debüt etməyib.