“Bunu Azərbaycanda həyata keçirmək üçün şərait yoxdur” - MÜSAHİBƏ
08.09.2011 - 13:35
Ağdamın “Qarabağ” klubunun idman-direktoru Əmrah Çəlikəlin apasport.az saytına müsahibəsi
- Milli komandaların oyunları ilə əlaqədar olaraq, düşərgənizdə cəmi 7 futbolçu qalmışdı. Artıq komandanın tam heyətlə hazırlığa başladığını demək olarmı?
- Legionerləri çıxmaq şərti ilə milli komandanın düşərgəsində olan futbolçularımız artıq geri qayıdıblar. Bu gün əcnəbi futbolçular da gələcək və komandamız tam heyətlə hazırlığa başlayacaq.
- Əksər komandalar fasilədən istifadə edib, yoxlama görüşü keçirsə də, sizin belə imkanınız olmadı. Bu səbəbdən qarşıdakı görüşlərdə problemlə üzləşəcəyinizdən qorxmursunuz?
- Bildiyiniz kimi, milli komandada çox sayda “Qarabağ”lı futbolçular çıxış edir. Əvvəlcədən də bilirdik ki bizim futbolçuların vəziyyəti belədir. Yəni milli komandanın düşərgəsinə gedəcəkləri təqdirdə, biz normal hazırlıq keçə bilməyəcəyik. Bütün bunları əvvəlcədən göz önünə almışdıq. “Qarabağ” bundan öncə də bir neçə dəfə analoji halla üzləşib. Amma bizim futbolçular hər zaman belə vəziyyətlərdən çıxmağı bacarıblar. Sözsüz ki, milli komandaya daha çox oyunçu veririk deyə, AFFA və ya PFL-dən hər hansı özəl bir şey istəmək niyyətində deyilik. Biz sadəcə özümüzə güvənirik. İnanıram ki, bu il də hər hansı bir problemlə üzləşməyəcəyik.
- “Qarabağ”ın üzvləri millinin oyunlarında kifayət qədər yaxşı təsir bağışladılar. Siz onların oyunu barədə hansı fikirdəsiniz?
- “Qarabağ” klubunun futbolçularının milli komandanın heyətindəki oyunu məni həqiqətən də sevindirdi. Onları bir-birindən ayırıb, aralarında fərq qoymaq istəmirəm. Əsas odur ki, biz bu futbolçulara güvənirik. Ötən illərlə müqayisədə bu il “Qarabağ”ın planları dəyişib. Belə ki, biz indi yalnız və yalnız çempionluq barədə düşünürük. Komandanın ən yüksək vəzifəli şəxsindən tutmuş futbolçularına, administratoruna kimi hamı çempionluğa köklənib. İnşallah, qarşıya qoyulan vəzifənin öhdəsindən gəlib, uğura imza atacaq və Azərbaycan xalqını yenə Avropadakı qələbələrimizlə azarkeşlərimizi sevindirəcəyik.
- Amma “Qarabağ”ın heç də geniş heyəti yoxdur. Sizcə, bu kiçik heyətlə çempionluğa çatmaq gücündədirmi?
- Əslində, biz transfer pəncərəsi zamanı 4-5 yerli futbolçunu heyətimizə cəlb etməyi planlaşdırmışdıq. Bunlardan çoxu milli komandanın da şərəfini qoruyur. Amma həmin futbolçuların öz klubları ilə müqavilələri qüvvədə olduğuna görə, həmin oyunçularla bağlı problemlə üzləşdik. İndiki halda biz bundan ötrü təəssüflənmirik. Çünki komandamızda kifayət qədər təcrübəli futbolçular var. Zədəlilər də sıraya döndükdən sonra komandamız daha yaxşı vəziyyətə gələcək.
- Komandanızın baş məşqçisi Qurban Qurbanov əcnəbi futbolçu haqqında düşünmədiyini dediyi halda, “Qarabağ”ın son transferi braziliyalı Roşa oldu. Fikirlə əməlin təzad təşkil etməsinə necə izah verə bilərsiniz?
- Dediyim kimi, biz “Qarabağ” klubu olaraq əsasən, yerli futbolçulara güvənirik. Amma yerli futbolçuların transferi baş tutmadı. Odur ki, Qurban Qurbanovla düşünüb-daşındıqdan sonra Roşanı komandamıza gətirməyi qərara aldıq. Yəni Roşa əvvəlcədən planlaşdırılmış deyil, ehtiyacdan yaranan bir transferdir.
- Halbuki Roşa ilə “transfer pəncərəsi” bağlandıqdan sonra rəsmən anlaşdınız. Bu məsələyə necə aydınlıq gətirə bilərsiniz?
- Burada qanunsuz bir şey yoxdur. Çünki biz Roşa ilə transfer mümkün olduğu dövrdə anlaşmış və onun adını Peşəkar Futbol Liqasına təqdim etmişdik. Lakin onunla hələ rəsmi müqavilə bağlanmadığına görə, adı iştirak ərizəsinə salınmamışdı. Roşa müqavilə ilə məxsus olduğu Braziliya klubu ilə problemini yoluna qoydu. Onun lisenziyası gəldiyinə görə oyunlarda iştirakında problem qalmadı və Roşanın adı iştirak ərizəsinə daxil edildi.
- Roşa artıq Azərbaycanın üç klubunda oynayıb. Biz onun futbolçu və insani keyfiyyətlərinə bələdik. Xasiyyətcə çılğın olan və bu səbəbdən klublara problem yaradan futbolçunun bu xüsusiyyətini nəzərə almısınızmı?
- Bu məsələni biz sizin qədər, bəlkə də sizdən daha çox müzakirə etmişik. Əlbəttə ki, insanın düşdüyü vəziyyətdən də çox şey asılıdır. Fikrimcə, Roşa mehriban kollektivimizə çox tez bir zamanda uyğunlaşacaq. Onun komanda ruhuna uyğun gələcəyin ümidimiz böyükdür.
- Komandanızın baş məşqçisi Qurban Qurbanov hazırda Almaniya çempionu “Borussiya”nın düşərgəsindədir. Ağdam klubunun beynəlxalq əlaqələr qurmaqda məqsədi nədir?
- “Qarabağ” Avropa Liqasında qarşılaşdığı güclü komandaların təcrübəsindən yararlanmağa çalışır. Biz ilk olaraq, “Tvente” ilə əməkdaşlığa başladıq. Bunu “Borussiya” ilə davam etdirməkdə qərarlıyıq. Avropadakı layihələri hələlik Azərbaycanda həyata keçirmək üçün şərait yoxdur. Biz heç olmasa Avropa klublarının getdiyi yolu öz işimizə tətbiq etmək istəyirik. Odur ki, belə əməkdaşlıqları vacib sayırıq. İnşallah, növbəti aylarda “Brügge” klubu ilə bağlı da belə planlarımız mövcuddur.
- Adlarını çəkdiyiniz klubların və ya onların nümayəndələri Azərbaycana gəlişi gündəmdədirmi?
- Planlarımız genişdir. Gələcəkdə bununla bağlı daha konkret danışa bilərik.

0
0