Azərbaycan çempionatının əsasnaməsi dəyişdi
08.09.2011 - 13:53
“Ölkə çempionatının əsasnaməsində ciddi dəyişikliklər baş verib”. Bu haqda apasport.az saytına Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov məlumat verib.
Federasiya rəhbərinin sözlərinə görə, artıq xalların sayı eyni olduqda çempionun adı topların nisbətinə uyğun müəyyənləşməyəcək: “Bu mövsümdən etibarən xalların sayı eyni olduqda çempionu adı “qızıl oyun”da müəyyənləşəcək. Bu çempionata marağı artıracaq”.
Cari mövsümdə dəyişiklik bununla məhdudlaşmır. Axundovun sözlərinə görə, hakimlərə təzyiq göstərəcək futzalçı da, klubu da ciddi cəzalandırılacaq: “Transferlərlə bağlı da müəyyən dəyişikliklər var. Belə ki, hər klub istədiyi sayda legioner oynada biləcək. İştirak ərizəsinə isə cəmi 20 futzalçının adı daxil ediləcək. Bununla da mövsümün gedişində heyətlə bağlı hansısa problemlə üzləşilməyəcək”.
Federasiya prezidenti “Transfer pəncərəsi”nin bağlanma tarixini də açıqlayıb: “Transfer pəncərəsi” sentyabrın 30-da bağlanacaq. Həmin tarixə qədər klublar heyətlərini gücləndirə bilərlər. Bundan başqa, fövqəladə hal baş verməyəcəyi halda oyunlar təxirə salınmayacaq”.
Qeyd edək ki, cari mövsümdə 8 komanda mübarizə aparacaq. İlk tur sentyabrın 11-də keçiriləcək.

0
0