Azərbaycan yığması Portuqaliya və Serbiya ilə eyni qrupda - YENİLƏNİB
09.09.2011 - 14:06
Bu gün futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, tarixində 2-ci dəfə qitənin ən güclü 12 komandası arasında olan Azərbaycan yığmasının qrupdakı rəqibləri məlum olub.
Final mərhələsinin təşkil edən ölkənin - Xorvatiyanın Zaqreb şəhərində baş tutan tədbirdə Joze Alessio da Silvanin yetirmələri D qrupuna düşüblər. Yığmamız 1/4 finala 2 vəsiqə uğrunda Portuqaliya və Serbiya ilə mübarizə aparacaq.
A qrupu: Xorvatiya, Çexiya, Rumıniya
B qrupu: İspaniya, Ukrayna, Sloveniya
C qrupu: İtaliya, Rusiya, Türkiyə
D qrupu: Portuqaliya, Serbiya, Azərbaycan
Qeyd edək ki, futzal üzrə Avropa çempionatı 2012-ci ilin fevralında Xorvatiyada təşkil olunacaq.

0
0