“Qarabağ”da 2 itki
09.09.2011 - 14:28
“Qarabağ”da 2 itki
“Qarabağ” klubu Azərbaycan Premyer Liqasının V turuna hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi “Sumqayıt Şəhər”lə oyuna bu gündən tam heyətlə hazırlaşacaq.

Azərbaycan millisindəki futbolçularla yanaşı, albaniyalı legionerlər də yığmalardan qayıdıblar. Millidə az oynayanların fərdi çalışdığı çalışmanın ardından bu gün komanda sadəcə zədəli Zaur Həşimov və Emin İmaməliyevsiz məşq edəcək.

Baş məşqçi Qurban Qurbanovun Dortmundda olması ilə əlaqədar komandaya məşqçi Elçin Rəhmanov nəzarət edir. Bu gün komandanın yeganə məşqi 17:30-a Suraxanı qəsəbə stadionunda nəzərdə tutulub. Komanda sabahkı çalışmanın ardından toplanışa yığışacaq.

Qeyd edək ki, “Sumqayıt Şəhər” – “Qarabağ” oyunu Sentyabrın 11-i saat 17:00-da keçiriləcək.