“Onları başa düşə bilmirəm”
09.09.2011 - 15:25
“Simurq” futbolçularının məşqə və oyunlara çıxmayacağı barədə yayılan söz-söhbətlər həqiqəti əks etdirmir. Bunu “Simurq”u istəməyən ağzıgöyçəklər yayıb”. Bu sözləri apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun icraçı-direktoru Vaqif Əliyev deyib.
Klub rəsmisi bildirib ki, “Simurq”da heç bir maliyyə problemi olmayıb: “Bizdə hər şey qaydasındadır. Maaşların verilməməsindən söhbət gedə bilməz. Futbolçular texniki heyət avqust ayına nəzərdə tutulan maaşlarını alıblar. Bizə inanmırsınızsa, şənbə günü “Şəfa” stadionuna gəlib, bütün futbolçulardan ayrı-ayrılıqda soruşun. Həqiqətən də, bu tamamilə uydurulmuş bir məsələdir”.
Vaqif Əliyev bu söz-söhbətləri yayanların məqsədini anlamadığını söyləyib: “Bu şayələr yayılsa belə bizim işimiz yolunda gedir. Sadəcə olaraq, gündəmi bu cür yalan xəbərlərlə zəbt edənləri başa düşə bilmirəm”.
Qeyd edək ki, “Simurq” V turda “Şəfa” stadionunda “İnter”in qonağı olacaq.

0
0