Azərbaycan yığmasının oyunlarının vaxtı müəyyənləşib
09.09.2011 - 15:00
Azərbaycan yığmasının oyunlarının vaxtı müəyyənləşib
Bu gün Xorvatiyanın Zaqreb şəhərində keçirilən futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkatma mərasimindən sonra oyunların təqvimi də müəyyənləşib. Apasport.az saytının məlumatına görə, püşkün nəticəsinə əsasən, D qrupunda Portuqaliya və Serbiya yığmaları ilə mübarizə aparacaq yığmamız ilk oyununu gələn il fevralın 1-də keçirəcək.

Joze Alessio da Silvanin yetirmələri həmin gün Portuqaliya ilə qaşılaşacaq. 2 gün sonra isə millimiz Serbiyanı sınağa çəkəcək.

Qeyd edək ki, yığmamız hər iki oyunu Zaqreb şəhərində keçiriləcək.

Mənbə: affa.az