Qanlı gün, Rusiyada Azərbaycan qarşıdurması
09.09.2011 - 16:11
Qanlı gün, Rusiyada Azərbaycan qarşıdurması
Rusiya Premyer Liqasında azərbaycanlı qarşıdurması olacaq. Apasport.az saytının məlumatına görə, bu hadisə dünya miqyasında terror günü kimi qəbul olunan 11 sentyabr tarixinə təsadüf edəcək.

Həmin gün Rusiya Premyer Liqasında çempionluğu hədəfləyən “Anji” Mahaçqalada Nijni Novqorodun “Volqa” klubu üz üz-üzə gələcək. Bu oyun bizim üçün Azərbaycan qarşıdurması kimi əlamətdardır. Belə ki, Rusiyanın hər iki klubunda Azərbaycan təmsilçisi var.

Azərbaycan yığmasının sabiq baş məşqçisi Vaqif Sadıqov hazırda “Anji” klubunda baş məşqçi Hacı Hacıyevin birinci köməkçisi vəzifəsində çalışır. Nizam İntizam Komitəsi Hacıyevi cəzalandırdığına görə, “Anji”ni baş məşqçi kimi oyuna həmyerlimiz çıxaracaq.

Əks cəbhədə isə, məşqçinin adaşı Azərbaycan millisinin üzvü Vaqif Cavadov mübarizə aparacaq. Seçmə mərhələnin son oyunlarında yaxşı təsir bağışlayan, hətta qol vurmağı da bacaran Vaqifin start heyətində meydançaya çıxacağı gözlənilir.

Qeyd edək ki, Vaqif Cavadov bu oyunda Roberto Karlos və Samuel Eto`O kimi dünya ulduzlarına qarşı oynamaq imkanına malikdir