“Bakı”nın yeni bazası 10-15 milyon manata başa gəlib
09.09.2011 - 16:55
“Bakı” klubu təlim-məşq bazasının rəsmi açılış mərasimindən 1 gün sonra media nümayəndələrini yeni məkana toplayıb. Apasport.az saytının məlumatına görə, tədbir zamanı paytaxtın eyniadlı təmsilçisinin bazasının qiyməti də açıqlanıb.
Klubun vitse-prezidenti Zeynal Məmmədov idman qurğusunun inşasına 10-15 milyon manat xərc çəkildiyini bildirib. Onun sözlərinə görə, bazaya sərf olunan vəsait bununla bitmir. Belə ki, orada 120 yeni iş yeri açılıb. Bu da cari xərclərin də artmasına səbəb olub.

0
0