“Sumqayıt Şəhər” “Paşa Həyat Sığorta” ilə əməkdaşlıq müqaviləsi imzaladı
09.09.2011 - 16:34
Bu gün “Sumqayıt Şəhər” klubu “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, müqavilə bir il müddətinə qüvvədə olacaq.
Tərəflər arasında müqavilə imzalandıqdan sonra Premyer Liqanın debütantının prezidenti Kamran Quliyev bununla da “Sumqayıt Şəhər” klubunun həyatında yeni səhifə açıldığını bildirib: “Klubumuz ölkəmizdə böyük nüfuza malik olan “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti ilə əməkdaşlıq müqaviləsi imzaladı. Bizimlə bu yola qədəm qoyduqlarına görə “Paşa Həyat”a öz təşəkkürümü bildirirəm. İmzalanan müqavilənin hər iki tərəfə xeyirli olmasını arzulayıram”.
Daha sonra “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov yeni tərəfdaşlarına uğurlar arzulayıb: “Sumqayıt Şəhər” klubu Azərbaycan futbol tarixinin gənc klublarındandır. “Paşa Həyat” da səkkiz aydır fəaliyyət göstərir. Bu amili nəzərə alaraq, iki gənc kollektivlə birlikdə yola çıxmağı qərara aldıq. Biz gənc olmağımıza baxmayaraq, “Sumqayıt Şəhər” klubu ilə birlikdə uğur qazanacağımıza inanırıq”.
Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan tədbirdə “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinə “Sumqayıt Şəhər” komandanın idman forması hədiyyə olunub.

0
0