Klub rəhbərliyi ölkə başçısından 2 xahiş edib
09.09.2011 - 17:00
“Bakı” klubunun rəhbərliyi Azərbaycan prezidenti İlham Əliyevdən 2 xahiş edib. Apasport.az saytının məlumatına görə, klubun bu gün media nümayəndələri ilə keçirdiyi görüşdə ölkə başçısının yeni inşa olunan təlim-məşq bazasına dünənki səfərinə də toxunulub.
“Bakı” rəsmiləri bildirib ki, açılış mərasimində iştirak edən ölkə prezidentinə müraciət edərək bəzi məsələlərdə kömək istəyiblər. Bunlardan biri klubun futbol akademiyasında orta məktəbin tikilməsidir. Bu ona xidmət edir ki, akademiyada futbolun sirlərinə yiyələnən uşaqlar elə orada yerləşən məktəbdə təhsil alsınlar. Azərbaycan prezidenti bu xahişə müsbət cavab verib.
İkinci xahiş isə stadionla bağlıdır. Neçə illərdir yaranmasına baxmayaraq öz stadionu olmayan bakılılar arenanın tikintisi üçün onlara torpaq sahəsinin verilməsini də prezidentdən xahiş ediblər.

0
0