“Bundan sonra uşaqlarda özünəinam artacaq”
09.09.2011 - 23:05
“Çətin oyun olacaq. “Qarabağ” yaxşı komandadır”. Bu sözləri apasport.az sayt;na a,;qlamas;nda “Sumqayıt Şəhər” klubunun yarımmüdafiəçisi Mahmud Qurbanov deyib.
Premyer Liqanın V turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Sumqayıt Şəhər” klubu hazırlığını davam etdirir. Bu gün bir məşq keçən Bernhard Raabın yetirmələri rəqibin gücündən asılı olmayaraq, xal qazanmaq məqsədi ilə meydana çıxacaq. Çünki cari mövsümdə xal qazanmayan yeganə komanda “Sumqayıt Şəhər”dir.
Təcrübəli futbolçu bunun futbolçularda özünəinamı artıracağını da qeyd edib: “Rəqibin güclü olmasından asılı olmayaraq, meydana xal qazanmaq üçün çıxacağıq. Bir oyunda qələbə qazanmaq kifayətdir. Bundan sonra uşaqlarda özünəinam artacaq və gücümüzə inanacağıq”.
Heyətlə bağlı da danışan Qurbanov bəzi futbolçuların “Qarabağ”a qarşı oyunda iştirak etməyəcəyini bildirib: “Bir neçə oyunçumuz U-17-nin heyətində sabah Almaniyaya təlim-məşq toplanışına yollanacaqlar. Onların yoxluğu bizim üçün itki olacaq. Ancaq U-21-in düşərgəsində olan futbolçularımız artıq geri dönüblər”.

0
0