Aleksandr Starkov yığmadan ayrılır
09.09.2011 - 16:52
“Bakı” klubunun baş məşqçisi Aleksandr Starkov eni vaxtda çalışdırdığı Latviya yığmasından ayrılmaq məcburiyyətində qalıb. Apasport.az saytının məlumatına görə, mütəxəssisin Avro-2012-nin seçmə mərhələsi başa çatandan sonra başa çatacaq müqaviləsini uzatmasında problem üzə çıxıb.
Məsələ ondadır ki, mövsümə uğursuz start verən “Bakı” rəhbərliyi baş məşqçinin 2 yerdə işləməsindən narahatdır. Klubun vitse-prezidenti Zeynal Məmmədov latviyalı ilə bu haqda danışacaqlarını bildirib: “Biz onu komandamıza gətirəndə Latviya yığması ilə müqaviləsi var idi. Bu yaxınlarda həmin anlaşma başa çatır. Starkovla söhbət edəcəyik ki, o hər hansı yığmada çalışmasın”.

0
0