“Cəmi 1 qələbə lazımdır ki. zolaqdan çıxaq”
09.09.2011 - 17:16
“Bakı” rəhbərliyi komandanın ölkə çempionatındakı çıxışından narazıdır. Əldə olunan nəticələr bizi qane edə bilməz”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.
O, bildirib ki, əsas komanda imkanlardan aşağı çıxış edir: “Komandaya hər cür şərait yaradılıb. Lazımi transferlər edilib. Böyük ümidlər bəsləyirdik. İndi düşünürük ki, sadəcə qara zolağa düşmüşük. Cəmi 1 qələbə lazımdır ki. zolaqdan çıxaq. Yaxşı ki, bu zolaq mövsümün əvvəlinə təsadüf etdi və iddialarımıza təsir etmədi. Çempionluq və kubok uğrunda mübarizəni davam etdiririk. Komandada 13-14 yığma üzvü var. Bunun qarşılığındakı nəticə isə qənaətbəxş deyil”.
Məmmədov geri qayıdan Jaba haqda da danışıb: “Bildiyiniz kimi, Jaba ona qoyulan cəriməni ödəyib. Onun bizimlə hələ 1 illik müqaviləsi var. Lakin braziliyalı hələ formada deyil. Bu da öz günahıdır. 2-3 ay məşq etməyib”.

0
0