“Neftçi”yə növbəti zərbəni “Xəzər Lənkəran” vurdu
10.09.2011 - 20:54
“Neftçi”yə növbəti zərbəni “Xəzər Lənkəran” vurdu
Bu gün Azərbaycan Premyer Liqasında V tura start verilib. Apasport.az saytının məlumatına görə, turun ilk günündə 3 qarşılaşama baş tutub.

Turun mərkəzi qarşılaşması Lənkəranda keçirilib. Burada azarkeşlər “Xəzər Lənkəran”la “Neftçi” arasında növbəti “Böyük oyun”a şahid olublar. Tarixlərində 22-ci dəfə qarşılaşan prinsipial rəqiblərin duelində meydan sahibləri sevinib.

Ruslan Abışovun öz qapısına vurduğu qol “Xəzər Lənkəran”a qələbə qazandırmaqla yanaşı onları zirvədə möhkəmlədib. Son çempion isə liderdən xeyli uzaq düşüb. Bakılılar artıq 11 matçdır rəqibini yenə bilmir.

Günün digər 2 qarşılaşması isə Bakıda keçirilib. Paytaxtın eyni adlı təmsilçi “Bakı” və “İnter” nisbətən zəif rəqiblərlə duellərdə çətin qələbələr qazanıb. “Bakı” “Rəvan”la matçın taleyini ilk hissədə 3 qolla həll etdiyini düşünsə də fasilədən sonra çətinliklər yaşayıb. Azlıqda qalan qonaqlar 2 qol vurmağa müyəssər olub. “İnter” isə “Simurq”la oyunda vurulan yeganə qola sevinib.

Qeyd edək ki, turun digər 3 matçı sabah olacaq.

10 sentyabr (şənbə)

"Xəzər Lənkəran" - "Neftçi" - 1:0
QOL: Ruslan Abışov, 42 (avtoqol)
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İlham Əliyev, Orxan Məmmədov
Lənkəran şəhər mərkəzi stadionu

"İnter" - "Simurq" - 1:0
QOL: Valeri Abramidze, 53
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, Habil Əliyev, Fariz Yusifov
"Şəfa" stadionu

"Bakı" - "Rəvan" - 3:2
QOLLAR: Aleksandar Soliç, 7, 29; Denis İvanovs, 20 - Kristian Torres, 69; Samuel Barlay, 78
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Rauf Cabbarov
Tofiq Bəhramov adına Respublika stadionu

11 sentyabr (bazar)

17:00. "Qəbələ" - "Turan"

Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Zeynal Zeynalov, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu

17:00. "Sumqayıt Şəhər" - "Qarabağ"
Hakimlər: Ceyhun Haşımov, Vaqif Musayev, Aleksandr Musatkin, Ramil Əhmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

17:00. "Kəpəz" - AZAL
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Hacıəli Ağayev
Gəncə şəhər stadionu