Həyəcanlı qarşılaşma
10.09.2011 - 19:49
“Bakı” klubunun baş məşqçisi Aleksandr Starkov “Rəvan”la keçirilən oyundan sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, latviyalı çalışdırıcı 3:2 hesablı qələbədən razı qaldığını söyləyib: “Futbolçular milli komandaların düşərgəsinə yollanandan sonra istənilən oyun alınmır. Bugünkü oyun da bunu sübut etdi. Azarkeşlər birinci və ikinci hissələrdə tamam fərqli oyun izlədilər. Birinci hissədə həm oyundan, həm də hesabdan razı qaldım. İkinci hissədə isə çox gərgin mübarizənin şahidi olduq. Azarkeşləri son dəqiqələrə kimi həyəcan içində saxlayan bir qarşılaşma alındı”.
0
0