PFL ötən ilin ən yaxşı qolunu seçdi
10.09.2011 - 20:36
Peşəkar Futbol Liqası 2010/2011-ci il mövsümünün ən yaxşı qolunu seçmək üçün sorğu keçirib. Apasport.az saytının xəbərinə görə, 553 nəfərin qatıldığı sorğuda ən yaxşı qolun müəllifi “Simurq”un futbolçusu Elvin Yunusov olub. Onun ötən mövsümün son turunda "Gəncə" ilə ev oyununda vurduğu qol 2010/2011-ci il mövsümünün ən yaxşı qolu seçilib.
Qeyd edək ki, Elvin Yunusov ən yaxşı qolun müəllifi kimi ötən mövsümün qaliblərinin mükafatlandırılması mərasimində təltif olunacaq.
1. | Elvin Yunusov | "Simurq" | 34% |
|---|---|---|---|
2. | George Adamiya | "Qarabağ" | 23% |
3. | Elnur Abdullayev | "XəzərLənkəran" | 18% |
4. | Cavid Tağıyev | "Turan" | 13% |
5. | Rodriqo Sezar Kabral | "Neftçi" | 4% |
6. | Bahodir Nasimov | "Neftçi" | 3% |
7. | Usim Nduka | AZAL | 2% |
8. | Silvinyo Joao de Karvalyo | "Bakı" | 2% |
9. | Angel Qutierrez | "Muğan" | 1% |
10. | Samir Əliyev | "Simurq" | 1% |
Qeyd edək ki, Elvin Yunusov ən yaxşı qolun müəllifi kimi ötən mövsümün qaliblərinin mükafatlandırılması mərasimində təltif olunacaq.
0
0