“Neftçi”: 17 ay sonra
11.09.2011 - 09:46
“Neftçi” klubu Premyer Liqada ardıcıl 2-ci məğlubiyyətini alıb. Apasport.az saytının məlumatına görə, ölkənin ən titullu klubunun belə halla üzləşməsi o qədər də tez-tez yaşanmır.
Bakılılar sonuncu dəfə 2009/10 mövsümündə ardıcıl 2 oyunda uduzmuşdu. Bu, 2010-cu ilin aprelində yaşanıb. Həmin hadisədən isə 17 ay ötür.
O vaxt ayın 3-də öz meydanında “Qəbələ”yə 1:2 hesabı ilə uduzan “Neftçi” 7 gün sonra səfərdə “Qarabağ” önündə acız qalmışdı - 0:2.
Maraqlıdır ki, 17 ay əvvəlki kimi yenə 2 məğlubiyyətin ümumi top fərqi 1:4-dür. Lakin bu dəfə hər 2 oyunda 2 qol buraxılmayıb. AZAL 3:1, “Xəzər Lənkəran” isə 1:0 hesabına sevinib.
Qeyd edək ki, “Neftçi” ötən mövsümün çempion titulunu qazanandan sonra o qədər də uğurlu çıxış etmir. Arxada qalan mövsümün son 3, avrokubokların 2 və indiki çempionatın ilk 4 oyununu nəzərə alsaq axırıncı 9 oyunda “Neftçi”nin 2 qələbəsi 3 heç-heçəsi və 4 məğlubiyyəti var.

0
0