“Bakı” da qol vurarmış
11.09.2011 - 10:31
Azərbaycan Premyer Liqasının V turu “Bakı” klubu üçün düşərli olub. Apasport.az saytının məlumatına görə, Aleksandr Starkovun yetirmələri birdən-birə 2 uğursuz seriyaya son qoyublar.
Cari mövsüm bu tura qədər qol vurmayan yeganə komanda olan bakılılar “Rəvan”la görüşdə həsrətə son qoyub. Artıq matçın 6-cı dəqiqəsində fərqlənən Aleksandar Şoliç sonuncu dəfə ötən mövsüm qol görən “Bakı” azarkeşlərini sevindirib.
Bakılılar son qolunu ötən mövsümün 30-cu turunun AZAL-la matçında vurmuşdu. Həmin vaxt 2:1 hesabına sevinən zolaqlılar 79-cu dəqiqədə Vyaçeslav Sofroni ilə qələbə qazanmışdı. Onun qolundan sonrakı 6 oyunda isə paytaxtın eyniadlı təmsilçisi rəqib qapısına yol tapa bilmirdi.
Artıq qol həsrətini 106 günlüyündə dayandıran “Bakı”nın özünün qazandığı son qələbə də elə həmin matç idi. Bundan sonrakı 6 qarşılaşmada paytaxt təmsilçisi yalnız İntizam Komitəsinin qərarı ilə texniki qələbə görmüşdü. Bu da III turun “İnter”lə görüşündə yaşanıb.
Qeyd edək ki, “Bakı” “Rəvan”ı 3:2 hesabı ilə məğlub edib.

0
0