Azarkeş futbolçunun ayaqları altına sərildi
11.09.2011 - 11:15
Afrikalı futbol əfsanəsi Samuel Eto’O qeyri-adi hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Rusiyanın “Anji” klubuna transfer i ilə gündəmi zəbt edən kamerunlu təqdimat mərasimində görünməmiş olaya şahid olub.
Belə ki, futbolçunun klub azarkeşlərinə təqdim olunduğu vaxt fanatlardan biri özünü Samuelin ayaqlarının altına atıb. Bununla da ulduza öz sevgisini göstərən azarkeşə təhlükəsizlik xidməti də mane ola bilməyib. Təxminən bir dəqiqə onun ayaqlarını qucaqlamış vəziyyətdə səssiz uzandıqdan sonra fanatın özü qalxıb tribunalara qayıdıb.

0
0