“Böyük oyun” və 40 qat maraqsız paytaxt derbisi
11.09.2011 - 12:00
Azərbaycan Premyer Liqasının V turunun ilk günü həm rekord, həm də antirekordla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, hər 2 göstərici azarkeş sayı ilə bağlıdır.
“Xəzər Lənkəran” növbəti dəfə ev oyununda azarkeşləri tribunalara toplamaqla mövsümün ən yüksək göstəricisinə imza atıb. “Neftçi” ilə qarşılaşmaya toplaşan 12000 tamaşaçı 2011/12 mövsümündə görünməmiş rekord olub. Bu matçadək ən çox azarkeş sayı III turda “Qarabağ”ın səfərdə “Kəpəz”i 2:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada qeydə alınmışdı – 10 000 nəfər.
Paytaxtda baş tutan “Bakı” – “Rəvan” görüşünü isə vur-tut 300 tamaşaçı izləyib. Bu, “Böyük oyun”dakı azarkeş sayından 40 dəfə azdır. Paytaxt derbisində həm də mövsümün antirekordu təkrarlanıb. Belə ki, bu qarşılaşmayadək ən az azarkeş isə IV turun “Bakı”-“Kəpəz” oyununda müşahidə olunmuşdu – 300 nəfər.

0
0