“Bu gün onlar da gözəl oyun nümayiş etdirdilər”
11.09.2011 - 18:41
“Bu gün onlar da gözəl oyun nümayiş etdirdilər”
“Oyunun ilk on beş dəqiqəsindən narazı qalsam da, ümumilikdə yaxşı oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisiToni Adams deyib.

İngiltərəli mütəxəssis Premyer Liqanın V turunun “Turan”la oyunu haqda fikirlərini açıqlayıb: “Turan” çox güclü komandadır. Bu gün onlar da gözəl oyun nümayiş etdirdilər. Çətinliklə də olsa qələbə qazandıq. “Turan”a gələcək oyunlarda uğurlar arzulayıram”.

Qeyd edək ki, Adamsın yetirmələri erkən qol buraxdığı matçda 2:1 hesablı qələbə qazanıb.