“Həmişə futbolçularıma sakit oynamağı tapşırıram”
11.09.2011 - 18:45
“Həmişə futbolçularıma sakit oynamağı tapşırıram”
“İlk qolu biz vursaq da, oyunun gedişində “Qəbələ” futbolçuları üstünlüyü ələ aldı. Həmişə futbolçularıma cərimə meydançası yaxınlığında sakit oynamağı tapşırıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Turan” klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.

Təcrübəli mütəxəssis Premyer Liqanın V turunun “Qəbələ” ilə oyunu haqda fikirlərini açıqlayıb: “Ancaq bu gün bunu görmədik. “Qəbələ” klubu çox gözəl oyun nümayiş etdirdi. Onlara gələcək oyunlarda uğurlar arzulayıram”.

Qeyd edək ki, “Turan” hesabı açdığı matçda 2 qol buraxaraq məğlub olub – 1:2.