“Məqsədimiz rəqibi əks-hücumlarda yaxalamaq idi”
11.09.2011 - 19:07
“Məqsədimiz rəqibi əks-hücumlarda yaxalamaq idi”
“Oyun başlayan kimi qol vurmağımız bizə üstünlük verdi. Bundan sonra AZAL demək olar ki, oyunda üstünlüyü ələ aldı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz” klubunun baş məşqçisi Mehman Allahverdiyev deyib.

Tanınmış mütəxəssis Premyer Liqanın V turunun AZAL-la oyunu haqda fikirlərini açıqlayıb: “Hər iki komandanın qol vurmağa imkanları oldu. Qol vurandan sonra bizim əsas məqsədimiz hesabı saxlayıb, rəqibi əks-hücumlarda yaxalamaq idi. Futbolçularımın oyunundan razıyam. Bizə qələbə lazım idi, onu da qazandıq”.

Qeyd edək ki, 3:1 hesabı ilə qalib gələn “Kəpəz” turnir cədvəlində 3-cü pilləyə yüksəlib.

Mənbə: pfl.az