Çox böyük səhvlər
11.09.2011 - 19:10
“Öz futbolçularımın oyunundan narazı qaldım. Çox böyük səhvlərə yol verdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Elxan Abdullayev deyib.
Gəncədə “Kəpəz”ə 1:3 hesabı ilə uduzan paytaxt təmsilçisinin baş məşqçisi futbolçuları qınayıb: “Buraxdığımız səhvlərin üzərində işləyəcəyik. Çalışacağıq ki, bir də bu cür səhvlərə yol verməyək. Rəqibimiz layiq olduğu qələbəni qazandı. “Kəpəz”i qələbə münasibəti ilə təbrik edirəm”.

0
0