“Millinin oyunlarından sonra belə matça hazırlaşmaq çətin olur”
11.09.2011 - 19:42
“Sumqayıtın güclü futbol ənənələri var. Azarkeşləri komandalarına güclü dəstək göstərirlər. Biz bu oyunda bunun bir daha şahidi olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
39 yaşlı mütəxəssisi Premyer Liqanın V turunun “Sumqayıt Şəhər”lə səfər oyunu haqda fikirlərini açıqlayıb. Qurbanov autsayderlə oyundakı xal itkisini belə izah edib: “Çoxsaylı qol imkanlarımız olsa da, bunlardan istifadə edə bilmədik. Qol vurmadıqca futbolçularımda psixoloji gərginlik artırdı. Bəzi futbolçulardan narazı qaldım. Millinin oyunlarından sonra belə oyuna hazırlaşmaq çətin olur. Qalib gəlmək istəyirdik. Rəqibizə yuxarıdan aşağı baxmırdıq, meydana arxayın çıxmamışdıq. 90 dəqiqə qapalı futbol oynayan komandaya qarşı mübarizə aparmaq çətindir. Gələcək oyunlarda “Sumqayıt Şəhər”ə uğurlar arzulayıram. Bu oyun artıq arxada qaldı. “Xəzər Lənkəran”la oyuna hazırlaşacağıq”.
Qeyd edək ki, Sumqayıtdakı oyun qolsuz heç-heçə nəticələnib.
Mənbə: pfl.az

0
0