Bernhard Raab: Bir az da bəxtimiz gətirsəydi...
11.09.2011 - 19:46
Bernhard Raab: Bir az da bəxtimiz gətirsəydi...
“Taktiki cəhətdən intizamlı oynamağımız bizə çox kömək oldu. İki epizodda qol vurmaq imkanımız oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt Şəhər” klubunun baş məşqçisi Bernhard Raab deyib.

Almaniyalı mütəxəssis Premyer Liqada ilk xalını V turun “Qarabağ”la oyununda qazanan (0:0) yetirmələrindən razı qalıb, bəxtdən isə yox: “Qapıçımız bizə çox kömək oldu. İkinci hissədə bəxtimiz gətirdi ki, “Qarabağ” qol vura bilmədi. Bir az da bəxtimiz gətirsəydi biz hesabı açardıq. Futbolçularım sübut etdilər ki, 90 dəqiqə intizamlı oyunla istənilən rəqiblə başabaş mübarizə apara bilərlər. Komandamı təbrik edirəm”.

Mənbə: pfl.az