Yığmamızın futbolçusu Türkiyədə debüt etdi
11.09.2011 - 23:00
Azərbaycan milli komandasının futbolçusu Amit Quluzadə Türkiyə çempionatında debüt edib. Apasport.az saytının məlumatına görə, U-21-in üzvü aşağı dəstədə çıxış edən "Ərciyəsspor"da ilk rəsmi matçına çıxıb.
Yarımmüdafiəçi Bank Asya 1-ci liqasının ilk turunda "Bucaspor"la keçirilən səfər oyununun 74-cü dəqiqəsində meydana çıxıb. Meydan sahibləri ilk hissədə hesabı açsalar da, Amitin komandası sona 13 dəqiqə qalmış bərabərlik qolunu vurublar.
Qeyd edək ki, Amit son Azərbaycan çempionu “Neftçi”nin yetirməsidir.

0
0