“Neftçi” antirekorda şərik oldu
11.09.2011 - 23:01
“Neftçi” antirekorda şərik oldu
Premyer Liqanın V turunun “Xəzər Lənkəran”la oyununda öz qapısına qol vuran “Neftçi”nin Azərbaycan çempionatlarında 8-ci avtoqolunun müəllifi olub. Apasport.az saytının məlumatına görə, bütün çempionatların iştirakçısı olan “ağ-qaralar” 20 mövsümə vurduğu 8 avtoqolla ölkə rekordunu təkrarlayıb. İndiyədək yalnız “Qarabağ” bu qədər avtoqol müəllifi olmuşdu.











“Neftçi”nin Azərbaycan çempionatındakı avtoqolları

1995/96Rasim AbışovTuran
1997/98Kama lQuliyevViləş
2000/01Arif ƏsədovŞəmkir
2000/01İlham YadullayevTuran
2006/07Mahir Şükürovİnter
2007/08Rəşad SadıqovBakı
2010/11Denis SilvaBakı
2011/12Ruslan AbışovXəzər Lənkəran


Qeyd edək ki, bu 2 komandadan başqa MOİK, “Bakı” (hərəyə 6), AZAL, “Şəfa”, “Gənclərbirliyi” (hərəyə 5) klubları da çox avtoqol edən komanda kimi tarixə düşüb.