Azərbaycan yığmasının sabiq baş məşqçisi: Biz sürət yığırıq
11.09.2011 - 23:57
Azərbaycan yığmasının sabiq baş məşqçisi: Biz sürət yığırıq
“Matçın nəticəsi oyuna görə oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiyanın “Anji” klubunun məşqçisi Vaqif Sadıqov deyib.

Mahaçqala təmsilçisinin Premyer Liqanın növbəti oyununa baş məşqçi Hacı Hacıyev deyil, Azərbaycan milli komandasının sabiq çalışdırıcısı çıxarıb. Həmyerlimiz “Volqa” ilə oyun (2:1) haqda fikirlərini açıqlayıb: “Oyundan da, qarşılaşmanın nəticəsindən də razı qaldıq. Biz sürət yığırıq. Ümid edirəm ki, qarşıda bizi daha böyük qələbələr gözləyir. Bu qələbəni bizi yüksək səviyyədə dəstəkləyən azarkeşlərə həsr edirik. Bu gün yaxşı oynadıq, hesab 0:1 olarkən əsl xarakter nümayiş etdirdik”.