AZAL-ı uddu, mükafata layiq görüldü
12.09.2011 - 12:41
AZAL-ı uddu, mükafata layiq görüldü
“Kəpəz” klubunun futbolçuları mükafatlandırılacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının V turunun AZAL-la görüşündə 3:1 hesablı qələbə qazanan qərblilər bu uğuru rəhbərliyin diqqətindən yayınmayıb.

AZAL-la oyundan sonra Gəncə Regional Futbol Federasiyasının rəhbəri Xanlar Fətiyev futbolçularla görüşüb. Klub rəhbərliyi də ardıcıl 2-ci qələbəsini qazanan komandanı mükafata layiq bilir.