“Meydanda baş məşqçi deyil, biz oynayırıq”
14.09.2011 - 13:38
“Meydanda baş məşqçi deyil, biz oynayırıq”
“Milli komandanın uğursuzluqlarında baş məşqçinin günahı yoxdur. Axı meydanda baş məşqçi deyil, biz oynayırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriya milli komandasının futbolçusu Marko Arnautoviç deyib.

O, yığmadan ayrılan baş məşqçi Ditmar Konstantinini müdafiə edərək, yeni çalışdırıcı haqda danışmaq istəməyib: “Bizə bəslənən ümidləri doğrultmadıq. Lakin biz Braziliya yığması deyilik ki... Kənardan baxanda hər şey başqa cür görünür. Yığmanın yeni baş məşqçisinin kimliyi ilə bağlı danışmaq istəmirəm. Əsas namizəd kimi göstərilən Franko Fodanı yalnız televizorda görmüşəm. Bu vəzifəyə kimi təyin etmək federasiyanın işidir. Həm də biz futbolçular belə şeyləri yox, qarşıdakı 2 seçmə oyununu düşünməliyik. Matçların vacib olub-olmamağından asılı olmayaraq, Azərbaycan və Qazaxıstanla görüşlərə köklənməliyik”.

Qeyd edək ki, Avstriya yığması Avro-2012-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibidir.