AFFA-dan yeni sponsorluq müqaviləsi
14.09.2011 - 13:58
AFFA-dan yeni sponsorluq müqaviləsi
Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov və Kapital Bankın İdarə Heyətinin sədri Elmar Məmmədov arasında görüş keçirilib. Apasport.az saytının məlumatına görə, görüşdə Kapital Bankın sponsorluğu ilə AFFA tərəfindən 2009/2010 və 2010/2011-ci il mövsümlərində təşkil olunmuş “Kapital Bank U-15 liqa”nın müvəffəqiyyətlə keçirildiyi, uşaq futbolunun inkişafına böyük təkan olduğu, istedadlı uşaqlar arasında seleksiya işinin lazımi səviyyədə aparıldığı, futbolun kütləviliyində mühüm əhəmiyyət kəsb edən bu turnirin ölkəmizdə futbolun inkişafı baxımından xüsusi rolunun olduğu qeyd edilib.

Elxan Məmmədov uşaq futbolunun inkişafına dəstək verdiyi üçün AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından Kapital Bankın rəhbərliyinə minnətdarlığını bildirib.

Sonda AFFA tərəfindən təşkil olunan U-15 liqasının daha bir il ərzində Kapital Bankın sponsorluğu ilə keçirilməsi və “Kapital Bank U-15 liqa” adlandırılması ilə bağlı razılıq əldə olunub.

Mənbə: affa.az