“Neftçi”də məşqçi istefası
14.09.2011 - 14:13
“Neftçi” klubunda növbəti istefa reallaşıb. Apasport.az saytının məlumatına görə, fiziki hazırlıq üzrə məşqçi Mehmet Ak əsas komandadan ayrılıb.
Böyükağa Hacıyevin baş məşqçi postuna gəlişindən sonra onsuz da bir iş görməyən türkiyəli mütəxəssis klub prezidenti Sadıq Sadıqovla görüşüb. Görüş zamanı rəhbərlik Akın ayrılmaq istəyini qəbul edib. Bununla belə, Ak “ağ-qaralar”ın aşağı yaş qrupları üzrə komandalarına nəzarət edəcək. O, yeni işinin icrasına yaxın günlərdə başlayacaq.
Qeyd edək ki, Böyükağa Hacıyev komandaya özü ilə 2 məşqçi gətirib. Ona “Neftçi” klubunun sabiq futbolçuları Tərlan Əhmədov, Kamal Quliyev və Bəxtiyar Musayev kömək edirlər.
Komandada qapıçılarla işləyən məşqçi funksiyasını isə serbiyali Neboyşa Draqan Manoyloviç yerinə yetirir.

0
0