1 gün irəli
14.09.2011 - 14:16
1 gün irəli
AFFA tərəfindən Sumqayıt şəhərində təşkil olunacaq Grassroots festivalının tarixi dəyişdirilib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək tədbir əvvəlcədən nəzərdə tutulduğu vaxtda baş tutmayacaq.

Festivalın təşkil edilməsi 1 gün əvvələ keçirilib. Belə ki, tədbir sentyabrın 16-da deyil, sentyabrın 15-də olacaq və saat 17:00-da başlayacaq.