“Berti Foqtsa hədsiz dərəcədə borcluyam” - FOTO
14.09.2011 - 14:22
“Mən həyatım boyu məşqçi olmazdım. Amma Berti Foqts olmasaydı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya futbolunun əfsanələrindən olan Yurgen Klinsmann deyib.
Almaniya milli komandasının sabiq futbolçusu və baş məşqçisi, hazırda ABŞ yığmasına rəhbərlik edən mütəxəssis indiki peşəsinə gəlməsini xatırlayıb.
Klinsmann bildirib ki, məşqçi olduğu üçün Azərbaycan milli komandasının çalışdırıcısı Berti Foqtsa minnətdardır: “2004-cü ildə onunla təsadüfi görüşümüz baş tutdu. O, məni məşqçi olmağa inandırdı. Foqtsa hədsiz dərəcədə borcluyam. Lakin etiraf edim ki, Almaniya futbolunda öz xidmətlərim də kifayət qədərdir. Mən daim güc və bacarığımı futbolumuza həsr etmişəm”.
Qeyd edək ki, Klinsmann 1990-98-ci illərdə Almaniya yığmasında Foqtsun rəhbərliyi altında çıxış edib.

0
0